• $
  • €
  • ₽
  • ₺
  • £

Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi

Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
07.08.2020 21:50
Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib

Qurumdan Anews.az-a verilən məlumata görə, Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

Nazirlər Kabinetin müvafiq Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən  sahələrin siyahısına aşağıdakılar əlavə edilir:

- Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;

- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

- maşın və avadanlıqların istehsalı;

- elektrik avadanlıqlarının istehsalı;

- kompüter, elektron və optik məhsulların istehsalı;

- avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

- sair nəqliyyat vasitələrinin istehsalı;

- poliqrafiya məhsullarının istehsalı;

- zərgərlik məmulatlarının istehsalı;

- musiqi alətləri, idman mallarının istehsalı;

- geyim istehsalı;

- toxuculuq sənayesi;

- ayaqqabıların istehsalı;

- dəri və dəri məmulatlarının istehsalı;

- tütün məmulatlarının istehsalı;

- sair sənaye məhsullarının istehsalı.

Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:


- Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;


- Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;


- Mühəndislik və layihələndirmə xidmətləri; 


- Qablaşdırma məhsullarının istehsalı;


- Daş, metal və taxta məhsullarının istehsalı;


- Mebel istehsalı və təmiri; 


- Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;


- Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 


- Onlayn satışlar;


- Kimyəvi təmizləmə; 


- Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 


- Avtomobillərin təmiri;


- Avtomobil yuyulma məntəqələri; 


- Heyvan sığınacaqları;


- Tərcümə xidmətləri.


Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:


- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;


- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;


   - Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.


Operativ Qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.    

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Cəmiyyət 14:20
“Formula 1"-dən sonra Bakının mərkəzi küçələrində hərəkət bərpa olunub
Sabahın hava proqnozu
Cəmiyyət 12:54
Sabahın hava proqnozu
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Cəmiyyət 12:01
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Cəmiyyət 11:52
Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
Lerik rayonunda zəlzələ olub
Cəmiyyət 11:32
Lerik rayonunda zəlzələ olub
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 08:58
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Anım Günüdür
Cəmiyyət 00:00
Azərbaycanda Anım Günüdür
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Cəmiyyət 23:30
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
Cəmiyyət 19:40
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol