• $
  • £

Naxçıvanda “Qarabağ Azərbaycandır!” şüarı altında internet aksiya keçirilib

Naxçıvanda “Qarabağ Azərbaycandır!” şüarı altında internet aksiya keçirilib
22.10.2020 13:18
Sentyabr ayının 27-dən etibarən Azərbaycan Ordusunun mənfur, işğalçı düşmənin növbəti təxribatlarının qarşısını almaq üçün Vətən müharibəsinə başladığı, işğal olunmuş torpaqlarımızı azad etməklə parlaq qələbələr qazandığı bir dövrdə ziyalılar və tələbələr, bütün vətəndaşlarımız düşmənin dezinformasiyasının qarşısının alınması, haqq səsimizin dünyaya çatdırılması üçün informasiya mübarizəsi cəbhəsində də səfərbər olmalıdır.
 
"Naxçıvan xəbərləri” Media Qrupunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun, Naxçıvan Dövlət və "Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun, "Şərq qapısı” və ”Şərqin səhəri” qəzetlərinin, AZƏRTAC-ın Naxçıvan Bürosunun, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və digər təşkilatların əməkdaşlarının, tələbələrin və könüllü gənclərin iştirakı ilə "Qarabağ Azərbaycandır!” şüarı altında internet aksiya da bu məqsədlə keçirilib.
 
Aksiyada, ümumilikdə, 549 nəfər gənc iştirak edib. İştirakçılar Ermənistanın bu gün də Azərbaycana qarşı davam etdirdiyi soyqırımı siyasəti haqqında, xüsusilə Gəncəyə atılan raketlər nəticəsində həlak olmuş şəxslər barəsində dünya dövlətlərinə məlumat verməkdə həmrəylik nümayiş etdiriblər. Azərbaycan Respublikasında fəaliyyət göstərən 45 xarici ölkənin səfirliklərinin elektron poçt ünvanına öncədən rus və ingilis dillərində hazırlanmış, düşmənin təcavüzkar siyasətini əks etdirən məlumat və fotolar göndərilib.
 
Göndərilən məlumatlarda bildirilib ki, ermənilər döyüş bölgəsindən uzaq məsafədə yerləşən Gəncə, Mingəçevir, Xızı, Ordubad şəhərlərinə mütəmadi şəkildə raket atəşi açır, dinc insanlara qarşı soyqırımı siyasətini davam etdirir. 2020-ci ilin sentyabr ayının 27-dən bu günə qədər, ümumilikdə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 61 mülki şəxs qətlə yetirilib, 282 nəfər isə yaralanıb.
 
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 341, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1846-ya çatıb.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Habil Əliyevin adı Ağdaşdakı musiqi məktəbinə verilib
Mədəniyyət 18:10
Habil Əliyevin adı Ağdaşdakı musiqi məktəbinə verilib
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib
Mədəniyyət 18:45
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol