İki ölkə nümayəndələri TRIPP üzrə elektrik xətlərini müzakirə edib
Ermənistanın Gorus şəhərində Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi ilə bağlı texniki görüş keçirilib. Bu barədə Nazirlər Kabinetindən bildirilib.
Görüş zamanı tərəflər elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə edib və istiqamətin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin müvafiq qurumlar arasında əlaqələndirmə məsələləri və işlərin irəli aparılması üçün atılmalı növbəti addımlar müzakirə olunub.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox