• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir

Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir
05.12.2020 13:46
Könüllülər üçün xüsusi təklif!

"Azercell Telekom” MMC Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan edilməsilə  əlaqədar öz xüsusi töhfəsini hazırlayıb. Azərbaycanın lider mobil operatoru "Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə könüllülərin daha sərfəli şərtlərlə danışmasına və böyük həcmdə internetdən istifadəsinə imkan verəcək güzəşt təqdim edir. Qeyd olunan bu xüsusi təklif könüllü fəaliyyət növü ilə məşğul olan insanların gördüyü xeyirxah işin dəstəklənməsi məqsədini daşıyır.

Xüsusi təklifə əsasən könüllülərə hər ay 600 dəqiqə tarifdaxili danışıq vaxtı,  6GB həcmində internet trafiki təqdim olunur. Eyni zamanda, Azercell-in Zvuk, ivi, Bookmate, Busuu kimi rəqəmsal tətbiqlərindən istifadə üçün 6GB həcmində əlavə internet də nəzərdə tutulub. Bütün bunlarla yanaşı, bu güzəştdən yararlanan könüllülər sosial şəbəkələrdə (WhatsApp, Facebook Messenger, Viber, Telegram və Twitter) pulsuz çatdan da yararlana bilərlər. Xüsusi təklifin aylıq abunə haqqı 6,30 AZN təşkil edir.

Bu xüsusi təklif Azərbaycanda könüllü fəaliyyəti ilə məşğul olan bütün Azercell Fakturasız xətt abunəçiləri üçün nəzərdə tutulub. Güzəştdən yararlanmaq üçün RİİB-in www.riib.az rəsmi internet səhifəsində qeydiyyatdan keçmək lazımdır, qoşulma qaydası və digər təfərrüatlar haqqında ətraflı məlumatı da orada əldə etmək olar. Könüllülər istifadə etdikləri tarif paketin idarə olunması, yeniliklərdən xəbərdar olmaq üçün Azercell-in "Kabinetim” tətbiqindən də istifadə edə bilərlər.

Ölkənin lider mobil operatoru "Azercell Telekom” gənclərin inkişafına təkan vermək məqsədilə irəli sürülən təşəbbüsləri daima dəstəkləyir və bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. İnanırıq ki, Azercell tərəfindən "Könüllülər İli”nə xüsusi hədiyyə kimi hazırlanan bu təklif təmənnasız olaraq digərlərinə yardım edən könüllülərin əməyinin qiymətləndirilməsi və bu hərəkatın stimullaşdırılmasına qatqı vermiş olacaq.   

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 18:14
Külək güclənəcək - XƏBƏRDARLIQ
Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslərin həbsi ilə bağlı qərar verib
Cəmiyyət 18:07
Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslərin həbsi ilə bağlı qərar verib
Sabahdan rayonlara leysan yağacaq
Cəmiyyət 16:35
Sabahdan rayonlara leysan yağacaq
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
Cəmiyyət 16:14
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
Cəmiyyət 15:40
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
Cəmiyyət 15:36
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
60% müəllim imtahandan kəsilib - RƏSMİ
Cəmiyyət 15:06
60% müəllim imtahandan kəsilib - RƏSMİ
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Cəmiyyət 14:48
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Cəmiyyət 12:57
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol