• $
  • £

Fikrət Qoca ilə Əkrəm Əylisli yenə qırğına çıxdı

Fikrət Qoca ilə Əkrəm Əylisli yenə qırğına çıxdı
29.05.2020 05:18
Köhnə dostlar bir-birini təhqir etdilər, AYB-dən qalmaqala reaksiya verildi 
“Bu, ”Daş yuxular" deyil, “oğraş yuxular”dır. Əkrəm Əylisli nadanlıq etdi. Heydər Əliyev ona “İstiqlal” ordeninə kimi hər şey vermişdi. 60 yaşında “Şöhrət” ordeni verdi. O, bütün Azərbaycan xalqına qarşı nadanlıq etdi. 
Bu əsər kişi fikirləşən şeylər deyil, kişiliyə sığmır bunlar. Əkrəm ona çörək verən bir hakimiyyətə, xalqa xəyanət etdi. Ömrünün bu çağında, bu ağsaqqal vaxtında gərək belə bir addım atmayaydı. Qocalıq onsuz da məğlubiyyətdir". 
Bu ağır, sərt fikirlər xalq şairi Fikrət Qocanın 1937.az saytına müsahibəsindəndir. F.Qoca Ə.Əylisli barəsində deyib ki, onunla yaxın dost olublar: “Bizim aramızdakı dostluğun pozulması məndən asılı olan səbəbdən deyil. Bunu onun özü də çox yaxşı bilir. Əgər bir adam dostluq eləyə bilmirsə, demək, onun psixoloji cəhətdən bir əmması var. İnsan dostluqda daimi və qətiyyətli olmalıdır. Qətiyyətsiz adamı gec deyilkən tərk et ki, sonra itirəndə ağlamayasan”.  
Ə.Əylisli “Qafqazinfo”ya bildirib ki, F.Qocanın söylədiklərinə cavab vermək nə onun şəxsiyyətinə, nə də xarakterinə uyğundur:
“Bəzi adamların əlinə köhnə qisaslarını almaq üçün fürsət düşüb. Nə Allaha, nə də peyğəmbərə baxırlar. Onun kimi 25 il bir vəzifədə sırtılmış, özünü lider hesab edən bir adama mən nə deyə bilərəm? Onun üçün nə bizim dostluğumuz, nə bir yerdə keçirdiyimiz zamanlar önəmlidir. O çalışır  elə bir söz desin ki, kreslosunda daha çox otursun. Fikrət Qoca üçün bu dünyada müqəddəs bir şey qalıbmı ki? 
Fikrət Qocaya münasibət bildirmək mənə əskiklik gətirər. “Daş yuxular” əsərimi isə artıq il yarımdır ki, müzakirə edib qurtara bilmirlər. Görün bu əsər bunlara nə boyda yer edib. Əgər bədii cəhətdən belə zəif əsər idisə, niyə bu qədər danışırsız?"
Beləliklə, iki ağsaqqal qələm adamı cəmiyyətə, gələcək nəsillərə yaxşı örnək olmaq əvəzinə qırğına çıxıblar, bir-birinin ünvanına ən təhqiramiz ifadələr işlədirlər. Bu isə onların nə yaşına, nə statusuna yaraşır. Ədəbi cameənin adamları əbədi düşmənə çevriliblər, ədəbsiz sözlərə keçiblər. Onların bu çıxışları isə birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. Həmçinin tərəf saxlayanlar da var, Ə.Əylislinin mövqeyini bölüşənlər də. 
Yazıçı Seyran Səxavətin isə “Yeni Müsavat”a ümumi qısa bir cavabı belə oldu: “Mən heç nəyi izləmirəm. Artıq bezmişəm, iyrənmişəm. Ancaq futbola baxıram. Yeni vəziyyət olanda yeni söz demək olar. Elə hamam hamamdır, tas da tas. Ona görə onlar nə deyiblər bir-birinə maraqlanmıram. Mətbuat gərək belə çıxışları üzə çıxarmasın. Azərbaycanın başqa problemləri var”.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid “Yeni Müsavat”a dedi ki, Ə.Əylislinin son yazdığı “Daş yuxular”dan sonra mövqeyini, gündəmdə qalmaq istəyini qınayır:
“Fikrət Qoca da yaşlı adamdır. Medianın yeni nümayəndələri elə tonla sual verirlər ki, əsəbiləşib özündən çıxır, nəysə deyir. Bütün bunların günahını yeni jurnalistlərin təcrübəsizliyində, jurnalist etikasını gözləməməkdə görürəm. Reytinq toplamaq xətrinə onları hirsləndirirlər, yazıçılar da bir-birinə qarşı danışırlar”.
R.Məcid “yeni jurnalistlər təcrübəsizdir, o yaşda adamlar ki, təcrübə sahibidir, ölçülü-biçili danışa bilmirlərmi” sualımıza belə cavab verdi: “Təcrübəli adamın biri 75 yaşında böyük qəbahət elədi, səhv buraxıb ”Daş yuxular"ı yazdı". 
AYB katibi onları barışdırmaq perspektivini gec hesab edir: “Barışdırmaqdan keçib. Biz həmişə çalışmışıq ki, yaşlı yazıçılar arasında kompromis olsun, ünsiyyət qursunlar, aradakı problemlər götürülsün. Amma görünür ki, gücümüz çatmayıb”. 
Yazıçı Şərif Ağayar Ə.Əylislini haqlı sayır. Onun fikrincə, bir yaradıcı təşkilatda 30 il işləmək ayıbdır: “Bunu anlamayan adamla Əkrəmin danışdığı dildə danışmaq lazımdır. Başqa yolu yoxdur. Təəssüf ki, bunları söyməmək mümkün deyil. Onların dostluğu şəxsi məsələdir. Ədəbiyyat və həqiqət naminə Əkrəm haqlıdır”.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Mədəniyyət 18:06
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Mədəniyyət 10:39
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Mədəniyyət 14:29
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Dünya Çempionatının həyəcanını izləmək üçün möhtəşəm məkan:Antiphellos Qədim Teatrı – VİDEO
Mədəniyyət 14:27
Dünya Çempionatının həyəcanını izləmək üçün möhtəşəm məkan:Antiphellos Qədim Teatrı – VİDEO

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı
Mədəniyyət 10:55
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı
Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək -FOTOLAR
Mədəniyyət 10:53
Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək -FOTOLAR
CALL IT Tbilisidə keçiriləcək Meteor Club səhnəsində çıxış edəcək
Mədəniyyət 04:16
CALL IT Tbilisidə keçiriləcək Meteor Club səhnəsində çıxış edəcək
Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir
Mədəniyyət 11:18
Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir
Velosipedlə Türkiyəni kəşf edin:Bu marşrutlar sizi gözləyir
Mədəniyyət 10:51
Velosipedlə Türkiyəni kəşf edin:Bu marşrutlar sizi gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol