• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Prezident Tbilisi ilə birgə fəaliyyət planından danışdı

Prezident Tbilisi ilə birgə fəaliyyət planından danışdı
14.07.2021 18:19
"Azərbaycanda dəfələrlə olmusunuz, bu gün Tbilisi şəhərinin meri kimi gəlmisiniz. Mənə verilən məlumata görə, dünən Tbilisi və Bakı şəhərlərinin tarixində əlamətdar hadisə baş verib, qardaşlaşma haqqında saziş imzalanıb”.

Anews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edərkən deyib.

Dövlət başçısı bunu alqışladığını bildirib:

"Çox düzgün addımdır və düşünürəm ki, təbii addımdır. Çünki ölkələrimiz də qardaş ölkələrdir, xalqlarımız da qardaş xalqlardır və təbii ki, paytaxtlar da qardaş paytaxtlar olmalıdır. Eyni zamanda, həm Bakı, həm də Tbilisi tarixi şəhərlərdir və hər iki şəhərdə bir çox tarixi memarlıq abidələri mövcuddur.
Hər iki şəhərdə köhnə kvartal var – İçərişəhər və köhnə Tbilisi. Siz də yaxşı bilirsiniz, heç də bütün ölkələrdə belə şəhərlər yoxdur ki, köhnə kvartallar olsun və o kvartalların siması qorunsun.
Tarix boyu Cənubi Qafqazda həm Bakı, həm də Tbilisi həmişə öz gözəlliyi ilə fərqlənirdi və həm siyasi, həm iqtisadi, həm də mədəni mərkəz rolunu oynayırdılar”.
İ.Əliyevin sözlərinə görə, dünən imzalanmış sazişdən sonra iki şəhər arasındakı təmaslar daha da sıx olacaq və olmalıdır:

"Yəqin ki, birgə fəaliyyət planı da hazırlanacaq. Mən istəyirəm ki, çoxlu qarşılıqlı səfərlər olsun, ictimaiyyət nümayəndələri, media nümayəndələri, tanınmış şəxslər müntəzəm olaraq qarşılıqlı səfərlər etsinlər. Həm Tbilisi, həm də Bakı dünyanın heç bir başqa şəhərinə oxşamırlar.

Mən bilirəm ki, siz Tbilisinin meri kimi çox böyük səylər göstərirsiniz və şəhərin tarixi simasını qorumaq istiqamətində çox böyük addımlar atmısınız.

Tbilisi şəhərinin tarixi hissəsi, hesab edirəm ki, dünya üçün çox əhəmiyyətlidir. Çünki bu, unikal memarlıq əsəridir. Əlbəttə, hər bir böyük şəhər kimi, Tbilisi də inkişaf etməlidir və bilirəm ki, sizin rəhbərliyiniz altında bu inkişaf da çox düşünülmüş şəkildə aparılır.
Biz sizin fəaliyyətinizi çox yüksək qiymətləndiririk. Siz Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında da böyük səylər göstərirsiniz, Azərbaycanın dostusunuz”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Siyasət 18:11
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Siyasət 13:31
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Siyasət 13:19
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Siyasət 10:00
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Prezident finlandiyalı həmkarını təbrik edib
Siyasət 11:04
Prezident finlandiyalı həmkarını təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol