• $
  • £

XİN Ermənistan Baş nazirinin müavininə cavab verib

XİN Ermənistan Baş nazirinin müavininə cavab verib
15.07.2021 12:44
"Biz destruktivlik deyil, konstruktivlik tərəfdarıyıq".


Anews.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın "Qarabağın statusu məsələsi həll olunmayanadək sülh müqaviləsi olmayacaq” bəyanatını şərh edərkən bidirib.


"Görünür, T.Avinyan unudub ki, artıq seçkilər geridə qalıb; indi populizm deyil, real işlərlə məşğul olmağın zamanıdır. Ümumiyyətlə, Ermənistan rəsmilərinin bölgədə yaranan yeni reallıqla uzlaşmayan və sülhü hər hansı əsassız məsələlər ilə şərtləndirməyə çalışan bəyanatları, ilk növbədə elə bu ölkənin özünə qarşıdır. Bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə edilməsinin ən yaxşı vasitəsi münasibətlərin normallaşmasıdır, bunun təməlində isə beynəlxalq hüquq prinsiplərinə hörmət və riayət dayanır. Bu, Azərbaycanın hər zaman nümayiş etdirdiyi mövqedir. Ərazilərimizin işğalı faktorunun aradan qaldırılması ilə biz qonşu Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğumuzu bəyan etdik, yeni əməkdaşlıq təşəbbüslərini dəstəklədik. Çünki biz destruktivlik deyil, konstruktivlik tərəfdarıyıq", - o deyib.


L.Abdullayeva qeyd edib: "Qondarma "status” məsələsinə istinadlara gəldikdə, xatırlatmaq istərdik ki, bu xüsusda Azərbaycanın mövqeyi dəfələrlə və ən yüksək səviyyədə bəyan edilib. Dövlət başçımız 14 iyul tarixində səsləndirdiyi çıxışında bir daha vurğuladı: "Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”. Eyni zamanda biz bəzi xarici nümayəndələr tərəfindən də oxşar fikirlərin irəli sürüldüyünü müşahidə edirik. Təəssüf ki, bu insanların səsləndirdiyi boş vədlər və xülyalar Ermənistana yaxşı heç nəyi vəd etmir. Bunu Ermənistan dərk etməli, keçmişdən və tarixdən nəticə çıxarmalıdır".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Siyasət 21:59
İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb/Yenilənib
Siyasət 20:50
Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb/Yenilənib
Türkiyə Şimali Kiprə F-16 qırıcıları və HHM sistemləri yerləşdirib - Ərdoğan
Siyasət 20:11
Türkiyə Şimali Kiprə F-16 qırıcıları və HHM sistemləri yerləşdirib - Ərdoğan
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Siyasət 19:54
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Azərbaycan və Portuqaliya XİN rəhbərləri beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər
Siyasət 17:25
Azərbaycan və Portuqaliya XİN rəhbərləri beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər
İlham Əliyev Müctəba Xameneyini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib
Siyasət 16:50
İlham Əliyev Müctəba Xameneyini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib
MN İranın raket hücumu ilə bağlı bəyanat yayıb
Siyasət 16:30
MN İranın raket hücumu ilə bağlı bəyanat yayıb
Явление Моджтабы народу - Oбновлено
Siyasət 15:23
Явление Моджтабы народу - Oбновлено
Almaniya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Siyasət 15:05
Almaniya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol