• $
  • £

“İşimiz daha çətindir” - HİK-in baş məşqçisi

“İşimiz daha çətindir” - HİK-in baş məşqçisi
02.08.2021 21:50
Finlandiyanın HİK klubunun baş məşqçisi Toni Koskela Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində "Neftçi”yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

"Qafqazinfo” xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

"Qonaq meydanında oynayanda hər zaman çətin olur. Azərbaycan çempionuna qarşı oynayacağımızı nəzərə alsaq, işimiz daha çətindir. Digər tərəfdən, rəqib bu hava şəraitinə öyrəşib.

Rəqib barədə məlumatımız var. Ötən həftə 2 oyunumuz var idi. Həmin matçlardan sonra məşqçi heyəti sırf "Neftçi” barədə məlumat topladı. Rəqibin aparıcı oyunçularını, zəif və güclü tərəflərini yaxşı bilirik.
Azərbaycan klublarının avrokuboklarda Finlandiya təmsilçiləri üzərində üstünlüyü bizi narahat etmir. Sizin klubların resursları bizdən daha yaxşıdır. Buraya yaxşı oynayıb, sərfəli nəticə qazanmaq üçün gəlmişik.
Təbii ki, fiziki cəhətdən yaxşı durumdayıq. Əks-hücumlara sürətli çıxırıq və qol şansları yaradırıq. Rəqibin oyunçuları topla yaxşı rəftar edirlər. Ən yaxşı oyunçuları Sezar Meza Kolli, Sabir Buqrin və Emin Mahmudovdur. Oyunu bu oyunçuların üzərində qururlar. Qısa ötürmələrdən yararlanırlar. Ən güclü tərəfləri bunlardır. İstənilən rəqibə qarşı hazırlaşanda onların güclü və zəif tərəflərini öyrənirik. "Neftçi”nin də zəif tərəfləri var. Hücumçularımızla bu ba barədə söhbətlər aparmışıq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - Yenilənib
İdman 21:55
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - Yenilənib

Azərbaycanlı şahmatçı Fransa çempionu olub
İdman 12:45
Azərbaycanlı şahmatçı Fransa çempionu olub
“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq
İdman 09:19
“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq
"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışda
İdman 19:50
"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışda
İsgəndər Cavadov fəxri diplomla təltif edilib
İdman 14:10
İsgəndər Cavadov fəxri diplomla təltif edilib

Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
İdman 14:19
Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
AFFA-da yeni təyinatlar
İdman 23:00
AFFA-da yeni təyinatlar
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
İdman 21:48
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
İdman 00:53
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol