İlon Mask işdən çıxıb “influencer” olacaq?
"SpaceX” və "Tesla” şirkətlərinin qurucusu İlon Mask tvitləri ilə bir anda dünya bazarına təsir etmə gücünə sahibdir.
"Qafqazinfo” xəbər verir ki, Mask yeni tvitində 65,8 milyon izləyicisindən işi tərk etmək və diqqətini sosial mediaya yönəltmək ideyası haqqında nə düşündüklərini soruşub.
O, yanvar ayında keçirdiyi konfransda daha bir neçə il "Tesla”nın rəhbəri olmağı hədəflədiyini bildirmişdi.
Qeyd edək ki, onun tvitləri xüsusilə kriptovalyuta bazarında böyük təsirə malikdir. Ötən ay Tvitter izləyicilərindən "Tesla”nın səhmlərinin 10 faizini satıb-satmayacağını soruşmuşdu, sonra təxminən 12 milyard dollar dəyərində səhmi satmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox