• $
  • £

YUNİSEF-in yeni rəhbəri məlum olub

YUNİSEF-in yeni rəhbəri məlum olub
11.12.2021 23:59
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş təşkilatın Uşaq Fondunun (YUNISEF) yeni icraçı direktoru vəzifəsinə amerikalı Ketrin Rasseli təyin edib, bu barədə beynəlxalq təşkilatın sözçüsü Stefan Dujarrik keçirdiyi brifinqdə məlumat verib.

"YUNİSEF-in İcraiyyə Şurası ilə məsləhətləşmələrdən sonra BMT-nin baş katibi Antoniu Quterreş ABŞ-dan olan Ketrin Rasselin Fondun yeni direktoru vəzifəsinə təyin olunduğunu elan edib”, - deyə BMT sözçüsü bildirib.

Rassel 2018-ci ilin yanvarından YUNISEF-ə rəhbərlik edən Henrietta Foru əvəz edəcək. BMT rəhbəri Fora gördüyü işlərə görə təşəkkür edib və onun rəhbərliyi altında pandemiya ilə qlobal mübarizədə, eləcə də təhsilə yanaşmaların yenidən nəzərdən keçirilməsi prosesində mühüm rol oynayan Uşaq Fondunun nailiyyətlərini etiraf edib.

"YUNİSEF onun rəhbərliyi sayəsində bu gün dövlət və özəl sektorlarla geniş tərəfdaşlığa malik və Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq öhdəliyi olan bir təşkilatdır”, - Antonio Quttereş bildirib.

Ketrin Rassel innovativ inkişaf və humanitar böhranda olan qadınlar və qızlar da daxil olmaqla, dünya üzrə həssas əhali qruplarına dəstək sahəsində on illiklər təcrübəsinə malikdir.

Rassel hazırda ABŞ Prezidentinin köməkçisi vəzifəsində çalışır və Ağ Evin Kadrlar Şöbəsinə rəhbərlik edir. O, 2013-2017-ci illərdə ABŞ Dövlət Departamentinin Qadın problemləri ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Dünya 18:55
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol