Bayden: "Rusiya Ukraynaya hücum etsə, NATO ölkələrinə qoşun göndərəcəyik"
ABŞ Rusiyanın ehtimal edilən "hücum”unun olacağı təqdirdə öz qoşunlarını Ukraynaya deyil, qonşu NATO ölkələrinə göndərmək niyyətindədir.
"Report” Ağ Evin saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden həftə sonunu keçirdiyi Delaver ştatının Vilminqton şəhərində jurnalistlərin suallarını cavablandırarkən bildirib. Çıxış Ağ Evin saytında yayımlanıb.
"Və siz Rusiya ilə döyüş meydanında vuruşmaq üçün Amerika qoşunlarını Ukraynaya müharibəyə göndərməyə hazırsınızmı?", - deyə Prezident özü sual verib.
Baydenin sözlərinə görə, o, Rusiya lideri ilə onlayn sammit zamanı Vladimir Putinə "hücum" olarsa, Amerika qoşunlarının NATO-nun şərq cinahında yerləşən Buxarest doqquzluğu” (B9) ölkələrinə (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya) göndəriləcəyini deyib.
"Biz NATO-nun şərq cinahına daha çox NATO və Amerika qoşununu göndərməli olacağıq - bütün NATO ölkələrini Rusiyanın istənilən hücumundan qorumaqla bağlı müqəddəs öhdəliyimiz var", - Amerika lideri bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox