Yaponiyada güclü zəlzələ
Bu gün Yaponiyanın şərqində 5 bal gücündə zəlzələ baş verib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentrinin paytaxt Tokio ilə qonşuluqda yerləşən İbaraki prefekturasında, ocağının 50 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Zəlzələnin Tokio, Toçiqi, Saytama və Çiba prefekturalarında da hiss olunduğu qeyd edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox