• $
  • £

Türkiyədə küçə sorğuları ilə tanınan 3 məşhur bloger saxlanılıb

Türkiyədə küçə sorğuları ilə tanınan 3 məşhur bloger saxlanılıb
13.12.2021 11:26
Türkiyədə özlərinə məxsus "Youtube” kanallarında ictimai yerlərdə keçirdikləri sorğuları yayımlayan Həsən Köksoy, Arif Kocabıyık və Turan Kural polis tərəfindən saxlanılıb.

Bu barədə hər üç şəxs "Twitter” hesablarında məlumat veriblər.

"Kendine Muhabir” kanalında reportajlar yayımlayan Hasan Köksoyun "Twitter” hesabından onun həyat yoldaşı paylaşım edib:
"Səhər saat 7-də polislər evimizə basqın edərək kompüterimizi və bütün əlaqə vasitələrimizi götürdülər. Polislər həyat yoldaşım Həsən Köksoyu elə indi maşına mindirib apardılar”.

Hasan Köksoy daha sonra video yayımlayaraq azadlıqda olduğunu bəyn edib və ona dəstək olanlara təşəkkür edib.

"Sade Vatandaş” kanalının müxbiri Mehmet Koyuncu da sosial şəbəkədə polislərin evinə girdiyini yazıb:

"Bu saatda polislər səhər basqını ilə evimə gəldilər. Bu saatda? Mən İstanbulda olduğum üçün saxlanılmadım. Jurnalistin evinə! Ölkənin vəziyyəti aydındır”.
Saxlanılanlar arasında "YouTube”da "İlave TV” kanalında küçə sorğuları ilə tanınan Arif Kocabıyık və redaktor Turan Kural da var. Bu barədə T.Kuran hesabında paylaşım edilib:

"Bu səhər erkən saatlarda Turan Kural, Arif Kocabıyık Kibercinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb”.

Saxlanılanların hər biri Türkiyədə əhalinin sosial-iqtisadi vəziyyəti və ölkədəki aktual siyasi proseslərlə bağlı mütəmadi küçə sorğuları edən şəxslərdir.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Dünya 18:55
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol