Brüssel sammitinin mövzuları açıqlandı
Dekabrın 16-da Brüsseldə keçiriləcək Aİ sammitində koronavirusla mübarizə, enerji qiymətləri, Aİ-NATO əməkdaşlığı, o cümlədən Rusiya ilə Ukrayna sərhədində və Belarus ətrafında vəziyyət müzakirə olunacaq.
Aİ-nin 2021-ci ildəki sonuncu sammiti dekabrın 16-da Brüsseldə əyani formatda keçiriləcək. Bundan əvvəl dekabrın 15-də Aİ-Şərq Tərəfdaşlığı sammiti keçiriləcək.
"Koronavirus bizim diqqətimizdə qalır: yeni variantlar, peyvəndlər və revaksinasiyaların ortaya çıxması, dezinformasiyaya qarşı mübarizə... Biz həmçinin enerji qiymətlərinin artımını və onların vətəndaşlarımıza və biznesimizə təsirini də nəzərdən keçirəcəyik», - deyə Mişel qeyd edib.
"Biz Rusiyanın Ukrayna ilə sərhədlər yaxınlığında hərbi birləşmələri yerləşdirməsini müzakirə edəcəyik. Ukraynaya qarşı istənilən hərbi təcavüzün böyük nəticələri və ciddi cavabları olacaq”, - deyə Mişel vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox