“NATO zəmanət verməlidir” - Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Annalena Baerbokla görüşündə NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini vurğulayıb.
Anews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Lavrov NATO-nun şərqə doğru genişlənməyəcəyi və Alyansın hərbi infrastrukturunun Rusiya sərhədlərinə köçürülməyəcəyi ilə bağlı hüquqi öhdəliklər şəklində təhlükəsizlik zəmanətlərinin Moskvaya təqdim edilməli olduğunu deyib.
O, Almaniyanın yeni hökuməti ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoq qurmaq niyyətində olduqlarını bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox