“NATO ölkələri odun üzərinə yağ tökürlər” - Zaxarova
"Ukraynadakı vəziyyət narahatlıq yaradır”.
"Qafqazinfo” xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, NATO ölkələri "odun üzərinə yağ tökmək üçün” Ukraynaya silah tədarükünü artırırlar:
"Ukraynada vəziyyətin inkişafı, yumşaq desək, narahatlıq yaratmaqda davam edir. NATO ölkələri Ukraynaya silah tədarükünü artırır, onun hərbçilərinə təlim keçir, lakin bunu sabitlik və təhlükəsizlik kimi hansısa mifik vəzifəni qorumaq məqsədi ilə etmirlər, odun üstünə yağ tökmək, ölkədə davam edən vətəndaş müharibəsinə daha da böyük miqyas vermək üçün edirlər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox