Ukrayna üçün Rusiyaya qarşı qətnamə qəbul edildi
Avropa Parlamentinin deputatları bu gün keçirilən plenar iclasında səs çoxluğu ilə Ukrayna sərhədlərindəki vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqinə hazırlaşmağa çağıran qətnaməni qəbul ediblər.
"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, qətnamənin lehinə 548 deputat səs verib, 69 deputat əleyhinə çıxıb, 54 deputat bitərəf qalıb.
Bundan əlavə, Rusiyanın SWIFT ödəniş sistemindən ayrılması təklif olunur. Bu da Rusiya şirkətlərinin beynəlxalq maliyyə bazarından kənarlaşdırılmasına gətirib çıxaracaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox