Daha bir vaksin təcili istifadə üçün təsdiqləndi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Amerikanın Novavax şirkətinin lisenziyası əsasında Hindistanın Serum İnstitutu tərəfindən istehsal edilən Covovax koronavirus peyvəndini təcili istifadə üçün təsdiqləyib.
"Ümumdünya Səhiyyə Təşkilatı bu gün ÜST tərəfindən təsdiqlənmiş SARS-CoV-2 vaksinlərinin siyahısını genişləndirərək NVX-CoV2373 üçün Fövqəladə İstifadə Siyahısını (EUL) yayımladı. CovovaxTM adlı peyvənd Hindistan Serum İnstitutu tərəfindən lisenziya əsasında istehsal olunur. Novavax və COVAX portfelinin bir hissəsidir. Bu, aşağı gəlirli ölkələrdə daha çox insanı peyvənd etmək üçün davam edən səylərə çox lazımlı təkan verir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox