Keçmiş Baş Qərargah rəisi Berlində saxlanıldı
Gürcüstanın keçmiş Baş Qərargah rəisi Georgi Kalandadze Berlində saxlanılıb.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın "Mtavari Arxi” telekanalı bildirib.
"Baş Qərargahın keçmiş rəisi Kalandadze Almaniyada saxlanılıb. O, Gürcüstan hakimiyyətinin tələbi ilə Berlində tutulub", - teleşirkət məlumat yayıb. Qeyd edək ki, Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək Gürcüstanın Baş Qərargahına rəhbərlik edib. Onu həmin vaxt ölkənin prezidenti olmuş Mixail Saakaşvili təyin edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox