“ABŞ və NATO təhlükəsizlik təkliflərinə konkret cavab verməyib” - Kreml
Rusiya ABŞ və NATO-ya müxtəlif təhlükəsizlik zəmanətləri ilə bağlı təqdim etdikləri təkliflərə hələlik konkret cavab almayıb.
Peskov Qərb ölkələrinin sözügedən təkliflərlə bağlı məsləhətləşməyə hazır olduğu iddialarını dəyərləndirib:
"Hələlik bunu qiymətləndirmək tezdir. Müxtəlif mənbələrə əsaslanan xəbərlərdə məsləhətləşməyə hazır olduğumuza dair açıqlamalar eşitmişik”.
Qeyd edək ki, Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov dekabrın 15-də Rusiyanın müxtəlif təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinin ABŞ və NATO-ya çatdırıldığını açıqlayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox