• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

Türkiyədə lirə ilə bağlı yeni sistem işə salındı - Təfərrüat

Türkiyədə lirə ilə bağlı yeni sistem işə salındı - Təfərrüat
21.12.2021 20:42
Türkiyədə əmanətlərini lirə ilə əmanət kimi istifadə edən vətəndaşların banklardakı volatillikdən zərər çəkməsinin qarşısını almaq üçün "Valyuta ilə qorunan Türkiyə lirəsi müddətli əmanəti” tətbiqi istifadəyə verilib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Xəzinə və Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq olaraq, məhsulda, fiziki şəxslərin lirə ilə müddətli depozit hesablarına hesablanacaq faizlər hesabın açılışı və ödəmə tarixlərindəki məzənnə ilə müqayisə ediləcək və hesaba daha yüksək nisbətdə qazanc əldə ediləcək. Bu depozit məhsuluna heç bir vergi tutulmayacaq.

Qeyd edilib ki, valyuta hesablamaları üçün Türkiyə Mərkəzi Bankı (TMB) hər gün saat 11:00-da ABŞ dollarının məzənnəsini açıqlayacaq.
Ödəmə tarixinin sonunda məzənnə dəyişikliyi faiz dərəcəsinin üzərində qalması halında, yarana biləcək fərq lirə ilə müştəri hesabına əks etdiriləcəkdir.

Hesablar 3, 6, 9 və 12 ay müddətində açıla bilər. Minimum faiz dərəcəsi TMB Siyasət Faiz dərəcəsi kimi tətbiq olunacaq.
Pul ödəmə müddətindən əvvəl çıxarılacağı halda faiz hüququ aradan qaldırılacaq.

Ödəmə müddətindən əvvəl pulun hesabdan çıxarılması halında hesab cari hesaba çevriləcək və faiz hüququ aradan qaldırılacaq. Hesab balansı hesabın açıldığı tarixdəki TMB məzənnəsi və hesabın bağlandığı tarixdəki TMB məzənnəsi ilə yenilənəcək.
Digər tərəfdən, sözügedən məhsulun iştirak bankçılığına tətbiqi istiqamətində işlər davam etdirildiyi bildirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Dünya 18:55
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol