• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

Cənubi Koreyanın məhbus eks-prezidenti əfv edilib

Cənubi Koreyanın məhbus eks-prezidenti əfv edilib
24.12.2021 19:00
Cənubi Koreya Prezidenti Mun Çje İn həbsdə olan 69 yaşlı keçmiş dövlət başçısı Pak Kın Xeni əfv edib.
 
"CNN Turk”ə istinadən xəbər verir ki, eks-prezident səhhəti ilə əlaqədar əfv olunanlar siyahısına daxil olunub.
 
Pak Kın Xe 2018-ci ildə korrupsiya və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunaraq 22 il müddətinə azadlıqdan məhrum edilmişdi.
 
Cənubi Koreyanın sabiq Prezidenti Pak Kın Xe 2017-ci il martın 21-də dindirilib. Ölkə prokurorluğu ona qarşı 13 korrupsiya faktı üzrə cinayət işi başlamışdı. Keçmiş Prezidentin də adı korrupsiya qalmaqalında hallandığından ona 2016-cı il dekabrın 9-da impiçment elan edilmişdi. 2017-ci il martın 10-da isə Konstitusiya Məhkəməsi sabiq Prezidentin impiçmentinin təsdiqlənməsi haqqında qərar qəbul etmişdi.
 
2017-ci il mayın 9-da Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilib. Taburo Demokrat Partiyasının lideri Mun Çje İn Prezident seçilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Dünya 18:55
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol