“Omicron” bu ölkələrin Yeni ilini “oğurladı”
Bir sıra Avropa ölkəsi COVİD-19-un "omicron” ştamına yoluxma halında antirekord səbəbindən küləvi tədbirlərdən imtina edib.
Belə ki, Niderland hökuməti kütləvi tədbirlərə, Milad yarmarkalarına qadağa qoyub. Bundan əlavə, 2 nəfərdən artıq qonaq qəbul etmək olmaz. Milad və Yeni il günü isə bu say maksimum 4 nəfərə qədər arta bilər.
Fransada da öz növbəsində Yeni il ərəfəsində atəşfəşanlıq, konsertlər və kütləvi şənliklər qadağan edilib. Peyvənd olunmayanların ictimai yerlərə buraxılması tamamilə qadağandır. Əgər əvvəllər bunun üçün PCR testləri kifayət edirdisə, 2022-ci ildə bununla qane olunmayacaq.
Almaniya hökuməti də Yeni ilin qeyd olunmasını "əsassız” adlandırıb. Buna görə də, hətta peyvənd olunmuş almanlara 10 nəfərdən çox qruplarda toplaşmaq qadağan edilib və onlara "səhiyyə sisteminə onsuz da böyük yük olan yüksək xəsarət riski səbəbindən” Yeni il atəşfəşanlığından imtina etmək tövsiyə olunub.
Yunanıstanın Səhiyyə Nazirliyi də öz növbəsində Yeni il və Milad bayramları üçün kütləvi tədbirləri ləğv edib. Bundan əlavə, sakinlər hər yerdə maska taxmağa məcbur edilib.
Paris səlahiyyətliləri, həmçinin "omicron”un yayılması səbəbindən Yeni il ərəfəsində Yelisey meydanında atəşfəşanlıq və şənliklərin ləğv edildiyini açıqlayıb.
Avropada ciddi narahatlıqlara və "omicron”un sürətlə yayılmasına baxmayaraq, bəzi ölkələr hətta Yeni ilə qədər məhdudiyyətləri yüngülləşdirməyə qərar veriblər.
Belə ki, Latviya hökuməti Yeni il üçün bar və əyləncə müəssisələrinin işinə qoyulan mövcud məhdudiyyətləri ləğv edib, həmçinin həftə sonları və bayram günlərində ticarət mərkəzlərinin fəaliyyətinə icazə verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox