• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

Avropa İttifaqı Rusiyaya qarşı 290 milyard avro dəyərində iddia qaldırıb

Avropa İttifaqı Rusiyaya qarşı 290 milyard avro dəyərində iddia qaldırıb
26.12.2021 13:30
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı Avropa mallarının qanunsuz ayrı-seçkiliyi ilə bağlı iddialarını 290 milyard avro dəyərində qiymətləndirib.
"Report” xəbər verir ki, bu barədə "İzvestiya” qəzeti Aİ-nin şikayətinin mətninə istinadən məlumat yayıb.

Avropa İttifaqı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib. Aİ-nin iddiaları Rusiyanın idxalı əvəzləmə siyasəti ilə bağlı üç tədbirlə bağlıdır.

İlk iddiada dövlət satınalmaları ilə bağlı müraciətlərin ayrı-seçkilik əsasında qiymətləndirilməsi yer alıb. Belə ki, dövlətə aidiyyəti olan Rusiya şirkətləri əsassız üstünlüklər əldə edir, həmçinin tenderlərdə 15-30% aşağı qiymətə təkliflər verirlər. Təkliflər aşağı olsa da bu müəssisələr sonradan öz işlərinə görə tam məbləği alırlar.
İkinci ayrı-seçkilik tədbiri xaricdə mühəndislik məhsullarının əldə edilməsi üçün ilkin icazələrin alınmasıdır.

Həmçinin, Aİ milli satınalma kvotalarından da narazıdır. Belə ki, 250-yə yaxın mal qrupunun 90 faizi yerli istehsal məhsulları olmalıdır:
"Bu qarışıq məhdudiyyətlər və təşviqlər xarici istehsalçılara qarşı ayrı-seçkilik yaradır və Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur” , - deyə məlumatda qeyd edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Dünya 18:55
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol