Karantin yenidən sərtləşdirildi
Yunanıstanda koronavirus epidemiyası ilə mübarizə çərçivəsində məhdudiyyətlərin artırılmasına qərar verilib.
Nazir bildirib ki, "Omicron” ştamı ölkədə sürətlə yayılıb.
Onun sözlərinə görə, bazarlarda və ictimai nəqliyyatda yüksək qoruyucu maskalardan istifadə məcburi olacaq. Həmçinin, 3 yanvar 2022-ci ildən etibarən qida və içki sektorunda çalışanlar üçün də eyni qayda tətbiq ediləcək.
Bundan başqa, nazir qeyd edib ki, əyləncə məkanları gecə yarısından sonra xidmət göstərməyəcək. İş müddətində isə hər masada maksimum altı nəfərin oturmasına icazə veriləcək.
İdman yarışlarında tamaşaçı sayına məhdudiyyət qoyulacaq. Tamaşaçı sayı 10 faizə endiriləcək. Maksimum tamaşaçı sayının isə 1000 olaraq təyin olunacağını açıqlanıb.
Yunan nazirin açıqlamasına görə, onlayn iş üsulu dövlət sektorundan sonra özəl sektorda da tətbiq ediləcək. O, işə başlama saatlarının bütün işçilər üçün eyni olmayacağını, növbə sisteminin də qəbul ediləcəyini bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox