Türkiyəni Qafqaza birləşdirəcək tunel sabah açılır
Türkiyə ilə Cənubi Qafqazı birləşdirən yeni avtomobil tuneli sabah istifadəyə veriləcək.
2 246 metr uzunluğunda olan yeni tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək.
Xüsusən ağırtonnajlı maşınların hərəkətini asanlaşdıracaq tunel həm təhlükəsiz hərəkəti təmin edəcək, həm də yanacaq və vaxta qənaət imkanı yaradacaq.
Tunel Şərqi Anadolunu Ərzurum-Artvin marşrutundan Şərqi Qara dənizə, Türkiyəni də Gürcüstan üzərindən Qafqaza bağlayacaq.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox