Ukrayna Ombudsmanı Saakaşvili ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Lyudmila Denisova Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin eks-prezident Mixail Saakaşvilini hərbi hospitaldan həbsxanaya köçürmək niyyətini tənqid edib və xarici dövlətlərdən və beynəlxalq hüquq müdafiə təşkilatlarından bu cür planları pisləməyi xahiş edib.
"Gürcüstanın penitensiar xidmətinin Ukrayna vətəndaşı, Ukrayna Prezidenti yanında İslahatlar üzrə Milli Şuranın icraiyyə komitəsinin sədri Mixail Saakaşvilini Qoridəki hərbi hospitaldan yenidən həbsxanaya keçirmək niyyətini pisləyirəm. Xarici dövlətlərdən və beynəlxalq insan haqları təşkilatlarından Saakaşvilinin İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 2-ci maddəsində təsbit olunmuş həyat, sağlamlıq və tibbi xidmət hüquqlarını pozan gürcü rəsmilərinin hərəkətlərini qətiyyətlə pisləməyi xahiş edirəm”, - deyə Ombudsman müraciətində bildirib.
O, həmçinin Gürcüstanın ədliyyə nazirinə müraciət edərək Saakaşvili tam sağalana qədər Qoridəki hərbi hospitalda ona "ixtisaslı müalicə” göstərilməsinin təmin edilməsini xahiş edib.
"Mən dəfələrlə Mixailin müalicəsinin multidissiplinar mülki klinikada və ya xaricdə davam etdirilməsinin zəruriliyini vurğulamışam.
Əminəm ki, Ukrayna vətəndaşımızın sağlamlığına dəyən zərərin dərəcəsini və sonrakı müalicə üçün şərtləri müəyyən etmək üçün öz həkimlərini və ekspertlərini səfərbər etməlidir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox