• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

“Omicron”un aşkarlanması və müalicəsi üçün texnologiya hazırlandı

“Omicron”un aşkarlanması və müalicəsi üçün texnologiya hazırlandı
28.12.2021 23:44
Koronavirusun yeni ştamı "Omicron”un aşkarlanması və müalicəsi üçün texnologiya hazırlanıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

Koronavirusla mübarizə ilə bağlı keçirilən iclasda danışan Muraşko qeyd edib ki, "Omicron”la bağlı qərar veriblər:

"Cənubi Afrikadan qayıdan ekspert qrupumuz Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Müdafiəsi Agentliyinin və federal qurumların mütəxəssisləri ilə birlikdə "Omicron”a yoluxmuş şəxslərə necə tibbi yardım göstərməyə tam qərar veriblər”.

Muraşko əlavə edib ki, rusiyalı mütəxəssislər xəstəliyin gedişatını tam tədqiq edir və lazımi laborator müayinələr aparır.
"Hazırda diaqnostika, müalicə və xəstələrin idarə edilməsi ilə bağlı texnologiyalar işlənib hazırlanıb", - rusiyalı nazir deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə Səhiyyə Nazirliyinin mütəxəssislərinin olduğu təyyarə Cənubi Afrikaya göndərilmişdi.
Mütəxəssislərin qayıdışından sonra verilən açıqlamada "Omicron” ştamına yoluxub peyvənd olunmamış şəxslərin ağır xəstəliyə tutulduğu vurğulanıb:

"Xəstəlik peyvənd olunmamış insanlarda və xüsusilə yaşlılarda ağır keçir, peyvənd edilmiş və yoluxub sağalmış insanlarda daha yüngül olur”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Dünya 18:55
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol