Rusiya hökuməti vətəndaşlıq almağı sadələşdirir
Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyasının vətəndaşlığı haqqında” əsas qanun layihəsini Dövlət Dumasına təqdim edib.
"Lenta.ru” xəbər verir ki, qanun layihəsi dövlət başçısına Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada əldə etmək hüququ olan şəxslərin kateqoriyalarını müəyyən etmək üçün daha çox səlahiyyətlərin verilməsini təklif edir.
Verilən məlumata görə, ölkədə yaşayan, "pozitiv sosial əlaqələr sisteminə üzvi şəkildə inteqrasiya edə bilən və Rusiya cəmiyyətinin tamhüquqlu üzvlərinə çevrilə bilən” şəxslərə Rusiya vətəndaşlığının alınmasının sadələşdirilməsi təklif edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox