2021-ci il deputatların yadında necə qaldı?
Artıq 2021-ci il başa çatır. Bu il Azərbaycan üçün bir çox tarixi hadisələrlə yadda qaldı.
Anews.az deputatlar arasında sorğu keçirirərək 2021-ci il onların həyatında hansı pis və yaxşı hadisələrlə yadda qalmasını araşdırıb.
Deputat Fəzail Ağamalının fikrincə 2021-ci il onun üçün yadda qalan ən yaxşı hadisə ölkə prezidentinin yubileyi olub.
"Cənab prezidentin yubiley doğum günü mənim üçün ən yadda qalan hadisə oldu. Bu münasibətlə prezidentimizə təbrik məktubu da göndərdim. Ümumilikdə isə 2021-ci il dövlətimizin inkişafında uğurlu il kimi qaldı. Qarabağın bərpası və quruculuğunda ciddi addımlar atıldı. "Şuşa bəyannaməsi”, Moskva, Soçi, Brüsel sənədləri imzalandı ki, bu da prezidentimizin uğurlu diplomatiyası kimi diqqəti cəlb etdi. Pis hadisə kimi səhhətimdə biraz narahatlıq yarandı bunu da deməyə dəyməz. Qaydasına düşür hər şey. İl olaraq pis hadisə kimi Kəlbəcərdə şəhid verməyimiz, Azərbaycan Respublikasının sərhəd qoşunlarının zabitlərinin helikopter qəzasında şəhid olması ölkəmiz üçün də böyük itki kimi yadda qalacaq”, deyə Fəzail Ağamalı bildirib.
Millət vəkili Hikmət Babaoğlunun bu il yaddında qalan ən yaxşı hadisə "Şuşa bəyannaməsi” olub.
"2021-ci il yaddaşımda bir çox maraqlı hadisələrlə qaldı. Onlardan ən vacib olanı "Şuşa bəyannaməsi” idi. Bundan başqa Türk Dövlətlərinin Təşkilatının yaranması, Azərbaycan prezidentinin Türkiyə ali ordeni ilə təltif edilməsi də xoş tarix kimi yadımda qalacaq. Bu ilin ən pis hadisəsi isə 30 noyabrda zabitlərimizin təlim zamanı helikopter qəzasında şəhid olması oldu”, deyə millət vəkili qeyd edib.
Deputat Elman Nəsirovun 2021-ci il bir çox yaxşı hadisələri ilə yadda qalıb.
"Bu ili tariximizin uğurlu illəri sırasına əlavə etmək olar. Əsas Qarabağın dirçəlişi və bərpası kimi qeyd etmək doğru olar. Füzuli hava limanının istismara verilməsi, "Zəfər” yolunun açılışı, Moskva, Soçi, Brüsel görüşlərinin vacib nəticələri Azərbaycanın diplomatik uğuru kimi yadda qaldı. Cənab prezident və xanımı Mehriban Əliyevanın 27 sentybr 3 min şəhidin portreti ilə yürüşü də tarixi hadisələr sırasına əlavə etmək olar. Şuşada iştirak etdiyimiz "Xarıbülbül” festivalı, Vaqif günləri mədəniyyətimizin ən dəyərli tarixi anları oldu. Pis hadisə kimi isə sadəcə 30 noyabr helikopter qəzası yadımda qalıb”, deyə əlavə etdi.
Millət vəkili Cavanşir Paşazadənin fikrincə 2021-ci il ən yadda qalan hadisəsi kimi iqtisadıyyatımızın 30 milyarddan çox olmasını göstərmək olar.
"2021-ci il mənim üçün əsasən uğurlu il kimi yadda qalır. Torpaqlarımızın işğaldan azad olması, hərbimizin dünyada tanınması və güclənməsi və ən əsası prezidentimizin uğurlu siyasətinin nəticələrini gördük. İqtisadiyyatımızın 30 milyarddan çox olması da bizi senvindirdi. Pis hadisələr sırasına müharibə bitməsinə baxmayaraq erməni təxribatı nəticəsində şəhidlərimizin olması oldu. Hazırda müalicə alan qazilərimiz də var. Mən qarşıda gələn ildə onların hər birinə sağlamlıq arzu edirəm”, deyə Cavanşir Paşazadə bildirib.
Deputat Məlahət İbrahimlinin bu il heç bir pis hadisə ilə yadda qalmadı.
"2021-ci il mənim yadımda pis hadisə olmadı. Yaxşı hadisələr sırasına bir çox hadisələri deyə bilərəm. Qarabağın bərpası və quruculuq işlərində çox uğurlu addımlar atıldı. NATO, Avropa İttifaqı görüşləri, Ermənistanın baş naziri Paşinyanla görüşlərin nəticəsində Azərbaycanın milli maraqlarının təmin olunması tariximizə yazılan uğurlu hadisələr sırasında oldu. İnanıram növbəti il də xalqımız üçün xeyirli-uğurlu il olacaq və daha böyük uğurlu işlərimizin davamı gələcək”, deyə Məlahət İbrahimli deyib.
Millət vəkili Fazil Mustafa üçün 2021-ci il həm də bir çox önəmli şəxslərin vəfat etməsi ilə yadda qalır.
"2021-ci il mənim üçün bir çox itkilərin olması ilə yadda qalır. Çox sayda tanınmış insanların vəfat etməsi Azərbaycan üçün böyük itkilər oldu. Böyük tarixi tədqiqatçı Aydın Balayevin vəfatı, Aydın Heydərovun vəfatı və digər şəxslərin dünyadan köçməsi mənim üçün pis hadisələr sırasında oldu. Yaxşı hadisələr kimi isə Qarabağla bağlı olan diplomatik danışıqlar, daha sonra Şuşaya iki dəfə səfərim yaddaımızın ən unudulmaz xoş tarixi oldu”, deyə deputat bildirib.
Millət vəkili Musa Qasımlı üçün də bu il bir çox yaxşı hadisələrlə yadda qalacaq.
"2021-ci il ölkəmizin həyatında işğaldana zad edilmiş rayonlarımızda- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından dirçəliş quruculuq işləri ilə yadda qaldı. Çox qürurverici hadisə idi. Şuşada "Xaribülbül” musiqi festifalının, Vaqif poeziya günlərinin keçirilməsi, Ağdamın əsasının qoyulması, Füzuli hava limanının açılması, Zəngilan və Laçında beynəlxalq hava limanlarının təməlinin qoyulması, "Zəfər” yolunun istifadəsi yaddaşımda qalan ən xoş tarix oldu. 2021-ci il prezidentin Soçi, Brüsel, Avropa İttifaqı və NATO-dakı görüşləri də Vətən Müharibəsində qazanan qələbənin qəbul edilməsi kimi göstərmək doğru olar. Pis hadisələr sırasında isə qazandığımız qələbəni gözdən salmaq istəyən qüvvələrin səyləri idi. Bu hal ürəkaçan olmadı. Biz bir millət kimi birləşib işğaldan azad olunan əraziləri bərabər şəkildə dirçəltməliyik”, deyə Musa Qasımlı bildirib.

"Bizim üçün bu il çox düşərli il oldu. Böyük qələbə və uğurlar əldə etmişik. Bu ili siyasi və iqtisadi uğurların ili kimi də yadda saxlamaq olar. Pis hadisələr sırasında koronavirus pandemiyası və təsirləri səbəbindən çox dəyərli ziyalılarımızı itirdik. Bu mənim üçün bu ilin pis hadisələrindən oldu”, deyə millət vəkili qeyd edib.

"2021-ci il mənim üçün tarixin ən uğurlu illərindən biri kimi yadda qalır. Təssəvvür edin ki, biz daha gələn bayramı Qarabağda keçirək demirik. Bu böyük bir uğurdur. Bu il işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə başlanıldı. Növbəti il ölkəmiz üçün ən böyük büdcə layihəsini təsdiq edə bildik. Pis hadisə kimi isə yadıma hər hansı bir hadisə düşmür”, deyə Aydın Mirzazadə əlavə edib.

"Bu ili tariximizin ən uğurlu ili hesab edə bilərəm. Qarabağa qayıdış proqramının sürətlə inkişafı üçün layihələrə strat verildi. "xaribülbül”, "Vaqif poeziya günləri”nin Şuşada keçirilməsi də ən yadda qalan hadisələr sırasında idi mənim üçün. Biz keçmiş tarixi yenidən yaşadıq. "Şuşa bəyannaməsi”, Füzuli beynəlxalq hava limanının açılışı və digər uğurlu hadisələr 2021-nin tarixinə xoş tarix kimi yazıldı. Pis hadisələr sırasında isə bu il minaya düşüb şəhid olan və yaralanan vətəndaşlarımızın durumu oldu. Qələbə əldə etsək də erməni hərbi cinayətləri 2021-ci il də öz çirkin əməllərindən geri qalmadı. Lakin prezidentin postmünaqişə dövründə uğurlu siyasəti nəticəsində biz regionda uzunmüddətli sülhə nail ola biləcəyik”, deyə Naqif Həmzəyev bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Anews.az deputatlar arasında sorğu keçirirərək 2021-ci il onların həyatında hansı pis və yaxşı hadisələrlə yadda qalmasını araşdırıb.
Deputat Fəzail Ağamalının fikrincə 2021-ci il onun üçün yadda qalan ən yaxşı hadisə ölkə prezidentinin yubileyi olub.
"Cənab prezidentin yubiley doğum günü mənim üçün ən yadda qalan hadisə oldu. Bu münasibətlə prezidentimizə təbrik məktubu da göndərdim. Ümumilikdə isə 2021-ci il dövlətimizin inkişafında uğurlu il kimi qaldı. Qarabağın bərpası və quruculuğunda ciddi addımlar atıldı. "Şuşa bəyannaməsi”, Moskva, Soçi, Brüsel sənədləri imzalandı ki, bu da prezidentimizin uğurlu diplomatiyası kimi diqqəti cəlb etdi. Pis hadisə kimi səhhətimdə biraz narahatlıq yarandı bunu da deməyə dəyməz. Qaydasına düşür hər şey. İl olaraq pis hadisə kimi Kəlbəcərdə şəhid verməyimiz, Azərbaycan Respublikasının sərhəd qoşunlarının zabitlərinin helikopter qəzasında şəhid olması ölkəmiz üçün də böyük itki kimi yadda qalacaq”, deyə Fəzail Ağamalı bildirib.

"2021-ci il yaddaşımda bir çox maraqlı hadisələrlə qaldı. Onlardan ən vacib olanı "Şuşa bəyannaməsi” idi. Bundan başqa Türk Dövlətlərinin Təşkilatının yaranması, Azərbaycan prezidentinin Türkiyə ali ordeni ilə təltif edilməsi də xoş tarix kimi yadımda qalacaq. Bu ilin ən pis hadisəsi isə 30 noyabrda zabitlərimizin təlim zamanı helikopter qəzasında şəhid olması oldu”, deyə millət vəkili qeyd edib.

"Bu ili tariximizin uğurlu illəri sırasına əlavə etmək olar. Əsas Qarabağın dirçəlişi və bərpası kimi qeyd etmək doğru olar. Füzuli hava limanının istismara verilməsi, "Zəfər” yolunun açılışı, Moskva, Soçi, Brüsel görüşlərinin vacib nəticələri Azərbaycanın diplomatik uğuru kimi yadda qaldı. Cənab prezident və xanımı Mehriban Əliyevanın 27 sentybr 3 min şəhidin portreti ilə yürüşü də tarixi hadisələr sırasına əlavə etmək olar. Şuşada iştirak etdiyimiz "Xarıbülbül” festivalı, Vaqif günləri mədəniyyətimizin ən dəyərli tarixi anları oldu. Pis hadisə kimi isə sadəcə 30 noyabr helikopter qəzası yadımda qalıb”, deyə əlavə etdi.

"2021-ci il mənim üçün əsasən uğurlu il kimi yadda qalır. Torpaqlarımızın işğaldan azad olması, hərbimizin dünyada tanınması və güclənməsi və ən əsası prezidentimizin uğurlu siyasətinin nəticələrini gördük. İqtisadiyyatımızın 30 milyarddan çox olması da bizi senvindirdi. Pis hadisələr sırasına müharibə bitməsinə baxmayaraq erməni təxribatı nəticəsində şəhidlərimizin olması oldu. Hazırda müalicə alan qazilərimiz də var. Mən qarşıda gələn ildə onların hər birinə sağlamlıq arzu edirəm”, deyə Cavanşir Paşazadə bildirib.

"2021-ci il mənim yadımda pis hadisə olmadı. Yaxşı hadisələr sırasına bir çox hadisələri deyə bilərəm. Qarabağın bərpası və quruculuq işlərində çox uğurlu addımlar atıldı. NATO, Avropa İttifaqı görüşləri, Ermənistanın baş naziri Paşinyanla görüşlərin nəticəsində Azərbaycanın milli maraqlarının təmin olunması tariximizə yazılan uğurlu hadisələr sırasında oldu. İnanıram növbəti il də xalqımız üçün xeyirli-uğurlu il olacaq və daha böyük uğurlu işlərimizin davamı gələcək”, deyə Məlahət İbrahimli deyib.

"2021-ci il mənim üçün bir çox itkilərin olması ilə yadda qalır. Çox sayda tanınmış insanların vəfat etməsi Azərbaycan üçün böyük itkilər oldu. Böyük tarixi tədqiqatçı Aydın Balayevin vəfatı, Aydın Heydərovun vəfatı və digər şəxslərin dünyadan köçməsi mənim üçün pis hadisələr sırasında oldu. Yaxşı hadisələr kimi isə Qarabağla bağlı olan diplomatik danışıqlar, daha sonra Şuşaya iki dəfə səfərim yaddaımızın ən unudulmaz xoş tarixi oldu”, deyə deputat bildirib.

"2021-ci il ölkəmizin həyatında işğaldana zad edilmiş rayonlarımızda- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından dirçəliş quruculuq işləri ilə yadda qaldı. Çox qürurverici hadisə idi. Şuşada "Xaribülbül” musiqi festifalının, Vaqif poeziya günlərinin keçirilməsi, Ağdamın əsasının qoyulması, Füzuli hava limanının açılması, Zəngilan və Laçında beynəlxalq hava limanlarının təməlinin qoyulması, "Zəfər” yolunun istifadəsi yaddaşımda qalan ən xoş tarix oldu. 2021-ci il prezidentin Soçi, Brüsel, Avropa İttifaqı və NATO-dakı görüşləri də Vətən Müharibəsində qazanan qələbənin qəbul edilməsi kimi göstərmək doğru olar. Pis hadisələr sırasında isə qazandığımız qələbəni gözdən salmaq istəyən qüvvələrin səyləri idi. Bu hal ürəkaçan olmadı. Biz bir millət kimi birləşib işğaldan azad olunan əraziləri bərabər şəkildə dirçəltməliyik”, deyə Musa Qasımlı bildirib.

Deputat Aydın Hüseynovun fikrincə də 2021-ci il çox uğurlu illər sırasında tarixə düşür.
"Bizim üçün bu il çox düşərli il oldu. Böyük qələbə və uğurlar əldə etmişik. Bu ili siyasi və iqtisadi uğurların ili kimi də yadda saxlamaq olar. Pis hadisələr sırasında koronavirus pandemiyası və təsirləri səbəbindən çox dəyərli ziyalılarımızı itirdik. Bu mənim üçün bu ilin pis hadisələrindən oldu”, deyə millət vəkili qeyd edib.

Millək vəkili Aydın Mirzəzadənin sözlərinə görə uzun illərdən sonra ilk dəfə bu il "gələn bayramı Şuşada keçirək” ifadəsini işlətmədik.
"2021-ci il mənim üçün tarixin ən uğurlu illərindən biri kimi yadda qalır. Təssəvvür edin ki, biz daha gələn bayramı Qarabağda keçirək demirik. Bu böyük bir uğurdur. Bu il işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə başlanıldı. Növbəti il ölkəmiz üçün ən böyük büdcə layihəsini təsdiq edə bildik. Pis hadisə kimi isə yadıma hər hansı bir hadisə düşmür”, deyə Aydın Mirzazadə əlavə edib.

Deputat Naqif Həmzəyev üçün də 2021-ci il Qarabağa qayıdış ili kimi yadda qalıb.