ABŞ-ın Kolorado ştatında meşə yanğınları 1 000-ə yaxın evi məhv edib, itkin düşənlər var
ABŞ-ın Kolorado ştatının Boulder qraflığında meşə yanğınları nəticəsində dağılan evlərin sayı 600-dən 991-ə yüksəlib, üç nəfər itkin düşmüş sayılır.
"Bizim hazırkı hesablamalarımıza görə, Luisvildə 553 ev dağılıb, daha 45 ev zədələnib. Superiorda 332 ev məhv olub, 60 ev dağılıb. Bu şəhərlərdən kənarda isə 106 ev məhv olub, 22 evə ziyan dəyib, ümumilikdə 991 ev dağılıb, 127 evə ziyan dəyib”.
"Biz həmçinin azı üç nəfərin itkin düşdüyünü təsdiqləyə bilərik. Axtarışlar davam edir, lakin çox güman ki, söhbət meyitlərin qalıqlarının axtarışından gedir", - Pelle əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox