Səksən il əvvəl yoxa çıxmış sualtı qayıq tapıldı
İtaliyanın 80 il əvvəl yoxa çıxmış "Jantina” sualtı qayığı Egey dənizinin dibində tapılıb.
"Jantina” sualtı qayığı Yunanıstanın Leros adasından göyərtəsində 48 dənizçi ilə çıxmışdı. Lakin 1941-ci il iyulun 5-də Böyük Britaniya sualtı qayığından buraxılan torpeda ilə batırılmışdı.
"Jantina” Mikonos adasının cənubunda 103 metr dərinlikdə tapılıb. Sualtı qayığı İtaliya Hərbi-Dəniz Tarixi İdarəsinin qeydlərinin köməyi ilə tanımaq mümkün olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox