Türkiyədə yanğın - 10 nəfər zəhərlənib
Türkiyənin İstanbul şəhərində beşmərtəbəli oteldə baş verən yanğında 10 nəfər tüstüdən zəhərlənib, bu barədə "Haber Global” məlumat yayıb.
Məlumata görə, yanğın binanın ikinci mərtəbəsində başlayıb, alov sonradan digər mərtəbələrə də yayılıb.
Əraziyə xeyli sayda xilasedici, polis və tibb işçisi cəlb olunub. Hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox