• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

Türkiyədə illik inflyasiya 36%-i keçib

Türkiyədə illik inflyasiya 36%-i keçib
03.01.2022 13:46
Dekabrda Türkiyədə istehlakçı qiymətləri indeksi 2020-ci ilin eyni ayı ilə müqayisədə 36,08%, noyabr ilə müqayisədə isə 13,58% artıb, bu barədə 
Türkiyənin Dövlət Statistika Qurumu ("TurkStat") məlumat yayıb. 
 
Ölkədə ortaillik inflyasiya isə dekabrda 19,6% təşkil edib. İnflyasiyanı formalaşdıran ayrı-ayrı malların və xidmtələrin qiymətlərinə gəldikdə, dekabrda illik müqayisədə ən kəskin qiymət artımları nəqliyyatda (53,66%), ərzaq və alkoqolsuz içkilərdə (43,80%), mebel və məişət avadanlıqlarında (40,95%) və ictimai iaşə obyektlərində (40,85%) müşahidə olunub.Qeyd edək ki, təkcə dekabr ayında nəqliyyat xidmətləri 28,49%, mebel və məişət avadanlıqları isə 16,54% bahalaşıb.

Milli valyutanın dəyərsizləşməsi fonunda Türkiyə hökuməti ölkədə gələn il üçün minimum əməkhaqqının məbləğini 50,4% artıraraq 2 826 lirədən 4 250 lirəyə çatdırmışdı. Dekabrın 16-da Türkiyə Mərkəzi Bankı yüksək inflyasiyaya baxmayaraq, uçot dərəcəsini 15%-dən 14%-ə endirmişdi.

Türkiyə Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 dollar 13,3530 lirəyə ticarət olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Dünya 22:50
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol