Ötən il dünyada 45 jurnalist qətlə yetirilib
2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığı illik məlumatda qeyd edilib.
Həlak olan jurnalistlərdən 33-ü hədəflənmiş hücumlarla qətlə yetirilib.
Nəticədə 1991-ci ildən sonra qətlə yetirilən jurnalistlərin sayı 2 721 nəfərə çatıb.
Ötən il Asiya-Sakit Okean zonasında 20, Qərb yarımkürəsində 10, Afrikada 8, Avropada 6 jurnalist qətlə yetirilib.
Yaxın Şərq və Ərəb ölkələrində isə 1 jurnalist qətlə yetirilib.
2021-ci ildə Əfqanıstanda 9 jurnalist qətlə yetirilib ki, bu da Əfqanıstanı jurnalistlər üçün ən təhlükəli ölkə edib.
Jurnalistlərin ən çox qətlə yetirildiyi digər ölkələr Meksika (8), Hindistan (4), Pakistan (3) olub.
IJF-in hesablamalarına görə 2020-ci ildə 65 jurnalist qətlə yetirilib. Təşkilatın dünyanın 145 ölkəsindən 600 mindən çox jurnalist üzvü var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox