Saakaşvili yeni tələblər irəli sürdü və vaxt qoydu
Hazırda 12 saylı Rustavi həbsxanasında cəza çəkən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hakimiyyətə iki yeni tələb irəli sürüb.
Hüquq müdafiəçisi Şota Tutberidze jurnalistlərə bildirib ki, Saakaşvilinin iki əsas tələbi var: konfidensiallığa riayət edilməklə rabitəni bərpa etmək və müstəqil həkimlərin ona baxış keçirməsi üçün şərait yaratmaq.
Vəkillərin sözlərinə görə, hələ də Saakaşvilinin yanına müstəqil konsiliumun həkimlərini buraxmırlar.
Qeyd edək ki, Gürcüstanın esk-prezidenti 50 günlük aclıq aksiyasından sonra Qori hərbi hospitalda reabiltasiya kursu keçmiş, dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox