Gürcüstanda inflyasiya rekord həddə çatdı
Gürcüstanda illik inflyasiya 3 faiz hədəflə 13,9 faiz təşkil edib.
www.anews.az
Bu barədə Sakstat Milli Statistika Xidmətindən (Geostat) bildirilib.
İl ərzində kommunal xidmətlərin dəyəri 43,5 faiz, nəqliyyat xidmətlərinin dəyəri 17,3 faiz, mehmanxana və restoran xidmətlərinin dəyəri 14 faiz, səhiyyə xidmətlərinin dəyəri 7,9 faiz artıb.
Dekabrda ərzaq məhsullarının qiymətləri illik müqayisədə 15,6 faiz artıb.
Ən çox bitki yağı (24,5 faiz), tərəvəzlər (20,7 faiz), çörək və çörək məhsulları (20,2 faiz), şəkər (19,8 faiz), süd və yumurta (15,3 faiz) və balıq (2,3 faiz) bahalaşıb.
2021-ci ilin noyabr ilə müqayisədə dekabr ayında inflyasiya 0,3 faiz təşkil edib. Noyabrda isə aylıq inflyasiya 0,6 faiz olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox