• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

Türkiyə müdafiə və aviasiya ixracatında rekorda imza atıb

Türkiyə müdafiə və aviasiya ixracatında rekorda imza atıb
04.01.2022 20:00
2021-ci ildə Türkiyə müdafiə və aviasiya sənayesinin bir çox növləri ilk dəfə ixrac edilib və idxalçı ölkələrin siyahısı da genişləndirilib.
 
Türkiyədə 2021-ci ildə müdafiə və aviasiya sənayesinin ixracı 3 milyard 224 milyon 786 min dollara çatıb.

2020-ci ildə müdafiə və aviasiya sənayesinin ixracı 2 milyard 278 milyon 695 min dollar olub. 2021-ci ildə bu rəqəmi rekord səviyyəyə - 3 milyard 224 milyon 786 min dollara çatdırmaq mümkün olub. 2019-cu ildə qeydə alınan əvvəlki ixrac rekordu (2 milyard 740 milyon 988 min dollar) noyabrda qırılıb.

Həmçinin sözügedən sektorun ixracatında ilk dəfə olaraq 3 milyard dollar həddini keçmək mümkün olub.

Eyni zamanda, aylar kontekstində dekabr ayında ən uğurlu göstəricilərə nail olunub: əvvəlki ilin müvafiq ayı ilə müqayisədə ixracın artımı 55 faiz təşkil edib, xarici tədarüklərin həcmi rekord həddə - 433 milyon 9 min dollara çatıb.

ABŞ Türkiyənin müdafiə və aviasiya sənayesi məhsullarının əsas idxalçısı oldu - 1 milyard 127 milyon 861 min dollar.

Ondan sonra Azərbaycan - 202 milyon 221 min dollar, Qətər - 180 milyon 547 min dollar, Birləşmiş Ərəb Əmirlikləri - 161 milyon 526 min dollar, Mərakeş - 159 milyon 667 min dollar gəlir.

Türkiyənin müdafiə və aviasiya sənayesinin Efiopiya, Banqladeş, Qırğızıstan, Ruanda, Litva, Konqo, Paraqvay, Slovakiya, Küveyt, Burkina Faso, Çad və Özbəkistan kimi ölkələrə ixracı əvvəlki ilə nisbətən əhəmiyyətli dərəcədə artıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Dünya 22:50
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol