Qazaxıstanda etirazlar fonunda səhmlər çökdü
Qazaxıstanda kütləvi etirazlar fonunda milli valyuta, Qazaxıstan şirkətlərinin səhmləri və dövlət istiqrazları ucuzlaşıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təngənin dollara nisbətdə məzənnəsi axşam saatlarında 0,14 faiz azalaraq, 435,4 təngə təşkil edib.
Avro bağlanışa nisbətən 0,57 faiz bahalaşıb və 493,4 təngəyə satılır. Qazaxıstan fond birjasının (KASE) saytı (eləcə də, hökumət saytları) saat 17:00-a qədər işləməyib. KASE əsas birja indeksi Moskva vaxtı ilə saat 14:00-da, demək olar ki, 3 faiz ucuzlaşıb.
London Fond Birjasında (LSE) depozitar qəbzləri hazırda 26,14 faiz ucuzlaşaraq, bir səhm üçün 87,15 dollar təşkil edir.
Qazaxıstan birjasında Kazatomprom kapitallaşmanın 6,96 faizini itirib, səhmləri hər biri 15 715 təngəyə düşüb.
Qazaxıstanın mobil operatoru "Kcell” (-3,62%), "Halyk Bank” (-3,27%), "Bayan Sulu" qənnadı müəssisəsi (-2,83%) və magistral neft kəməri operatoru "Kaztransoil"nun (-2,65) səhmləri ucuzlaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox