Qazaxıstanda ölən asayiş keşikçilərin sayı artdı
Qazaxıstanın müxtəlif bölgələrində kütləvi iğtişaşlar nəticəsində 1000-dən çox insan xəsarət alıb.
Onlardan təqribən 400-ü xəstəxanalara yerləşdirilib, 62-si reanimasiyadadır.
***
"Sputnik Qazaxıstan”ın məlumatına görə, Almatı şəhərində aksiya iştirakçıları ilə qarşıdurma nəticəsində hüquq-mühafizə orqanlarının 12 əməkdaşı həlak olub, onlardan birinin başı kəsilmiş halda aşkar olunub. Daha 353 polis isə xəsarət alıb.
***
İğtişaşlar nəticəsində həlak olan polislərin sayı 13-ə çatıb. Onlardan ikisi başı kəsilmiş halda tapılıb.
***
Qazaxıstanda iğtişaşlar zamanı həlak olan təhlükəsizlik qüvvələri əməkdaşlarının sayı 18 nəfərə çatıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox