• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

Nazarbayevin istefası ilə bağlı - Açıqlama

Nazarbayevin istefası ilə bağlı - Açıqlama
09.01.2022 09:22
"Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin özü Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib".

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Nazarbayevin mətbuat katibi Aydos Ukibay deyib. 

"KİV-də və sosial şəbəkələrdə birinci prezidentlə bağlı çoxlu sayda şayiələr, təxribat xarakterli yazılar yayılır. İndiki şəraitdə biz bu cür fəaliyyəti siyasi sabitliyi pozmaq və dövlətin konstitusiya əsaslarını sarsıtmaq cəhdi kimi qiymətləndiririk”, - deyə Ukibay bildirib. 

Mətbuat katibinin sözlərinə görə, Nazarbayev Nur-Sultandadır və Tokayevə dəstək olur:
"Vəziyyət çox çətin idi və buna görə də Elbası özü də iğtişaşlar və terrorun ölkə rəhbərliyindən operativ, sərt və barışmaz cavab tələb etdiyini yaxşı bildiyi üçün Təhlükəsizlik Şurasının sədri vəzifəsini prezidentə vermək qərarına gəldi. Nazarbayev və Tokayev öz xalqını, ölkəsini və millətin gələcəyini müdafiə edən barrikadaların həmişə eyni tərəfində olublar. Bizim hamımız üçün çətin olan bu günlərdə onlar bir daha monolit dövlət hakimiyyətini nümayiş etdirdilər”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Dünya 22:50
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol