Şimali Koreyalı hakerlər ötən il 395 milyon dollarlıq kriptovalyuta oğurlayıblar
Şimali Koreyalı hakerlər keçən il kriptovalyuta birjalarına və investisiya firmalarına keçirdikləri yeddi hücumda 395 milyon dollar (671,5 milyon manat) dəyərində kriptovalyuta oğurlayıblar.
"Chainalysis”, zərərli proqram nümunələri, haker infrastrukturu və Şimali Koreya hakerləri tərəfindən idarə olunduğu düşünülən blokçeyn ünvanlarının klasterlərində oğurlanmış pulların izlənilməsi əsasında 2021-ci ilin bütün yeddi kriptovalyuta hüxumlarını Şimali Koreya ilə əlaqələndirib.
"Chainalysis” iddia edir ki, bütün oğurluqlar Şimali Koreya hökuməti üçün işləyən müstəqil hakerlər qrupu "Lazarus” tərəfindən həyata keçirilib. Bununla belə, hesabatda haker hücumlarının qurbanlarının adı açıqlanmır.
Mənbə: bitbetnews.com
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox