Peyvənd olunmamış yaşlı insanlar cərimələnəcək
Yunanıstanda bu gündən (yanvarın 16-sı – Red) etibarən yaşı 60-dan yuxarı olub koronavirus (COVID-19) əleyhinə peyvənd olunmayan şəxslər cərimələnəcək.
Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis bu tədbiri "omikron” ştamına ilk yoluxanların aşkar edilməsindən sonra ölkədə xəstəlik hallarının kəskin artması ilə izah edib. Onun sözlərinə görə, ölkədə xəstəxanalara yerləşdirilən və koronavirusdan dünyasını dəyişənlərin əksəriyyəti yaşı 60-dan yuxarı olan ölkə vətəndaşlardır.
"Bu cəza deyil. Deyərdim ki, sağlamlığın qiyməti budur. Ehtiyatlı bir stimul, həyat impulsudur, amma inanıram ki, bu, peyvənd olunanların daha çox hissəsi üçün də ədalət aktıdır. Mənim qərarım cəza deyil, müdafiə deməkdir”, - baş nazir bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox