Fransa Cənubi Qafqazda sülh olmasında maraqlı deyil
Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drianın bu ölkənin Milli Assambleyasında səsləndirdiyi fikirlər diplomatik ənənələrlə ziddiyyət təşkil etməklə yanaşı, Azərbaycana qarşı qərəzin, aqressiyanın bariz nümunəsidir.
Bu fakt Fransa kimi böyük dövlətçilik ənənələri olan bir ölkənin xarici işlər nazirinin siyasi və korporativ maraqlarının girovuna çevrildiyindən xəbər verir.
Bu sözləri millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Deputat qeyd edib ki, Fransanın Avropa və xarici işlər nazirinin Milli Assambleyada təxribatçı hərəkətlərə yol verən Respublikaçılar partiyasının üzvü Erik Siottiyə davranışlarına görə irad bildirmək əvəzinə həddini aşması, onun Azərbaycanın suveren hüquqlarına qarşı həyata keçirilən provakasiya xarakterli əməllərin iştirakçılarından biri olduğunu nümayiş etdirir:
"Azərbaycan ərazilərinə qanunsuz səfər həyata keçirən Fransa prezidentliyinə namizəd Valeri Pekresin hərəkətləri, mahiyyət etibarilə bu ölkənin qanunvericiliyinə, eyni zamanda Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir. Jan İv Lö Drianın davranışı isə sübuta yetirir ki, Fransanın Avropa və xarici işlər naziri öz ölkəsinin qanunvericiliyinə belə məhəl qoymur, dövlətlərarası münasibətlərə xələl gətirən davranışları dəstəkləyir. Azərbaycan tərəfinin ölkəmizin ərazisinə rəsmi Bakının razılığı olmadan həyata keçirilən səfərlərin pislənilməsi beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığına, dövlətimizin suveren hüqüqlarına söykənən bir yanaşmadır. Bunun alternativi isə hüquqi nihilizim, məsuliyyətsizlik, beynəlxalq hüququn norma və prinsiplərini ayaqlar altına atan davranışların dəstəklənməsidir. Jan İv Lö Drianın davranışları Azərbaycan-Fransa münasibətlərinin normallaşması üçün yaranmış azsaylı imkanların tamamilə sıradan çıxmasına, Azərbaycanın ictimai rəyində tamamilə gözdən düşmüş bu ölkə ilə olan münasibətin daha da pisləşməsinə xidmət edir”.
Azər Kərimlinin sözlərinə görə, bu gün Cənubi Qafqazda mövcud olan həssas durum bölgədə davamlı sülhə nail olmaq üçün daha proqressiv, dialoqu, birgəyaşayışı təşviq edən davranışların sərgilənməsini zəruri edir: "Fransanın Avropa və xarici işlər nazirinin əməli isə sübuta yetirir ki, indiki halda rəsmi Paris Cənubi Qafqazda sülhün, sabitliyin əldə olunmasında maraqlı deyil və Fransanın ayrı-ayrı siyasətçiləri tərəfindən həyata keçirilən davamlı təxribatların məqsədi bölgədə təhlükəsizliyin və sülhün təmin edilməsi ilə bağlı atılan addımlara zərbə vurmaqdan ibarətdir”.(MODERN.AZ)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox