Qalmaqal yaradan “Krım Rusiyanındır” açıqlamasına görə istefa verdi
Vitse-admiral Kay-Axim Şönbax Almaniyanın Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifəsindən istefa verməyi qərara alıb.
Bildirilib ki, AFR-in Müdafiə Nazirliyi Şönbaxın səsləndirdiyi "Krım heç vaxt Ukraynanın tərkibinə qayıtmayacaq” bəyanatı ilə razı olmadığını bildirib.
"Bu fikirlər öz məzmununa görə Nazirliyin mövqeyinə əsla uyğun deyil”.
Bundan sonra vitse-admiralın istefa verməsini elan etməkdən başqa çarəsi qalmayıb. Kay-Axim Şönbax öz karyerasına son qoymuş müsahibəni Hindistana səfəri zamanı verib. O, hindistanlı həmkarları qarşısında çıxışında deyib:
"Putinə anlayış göstərilməlidir. Krım yarımadası itirilib, o heç vaxt qayıtmayacaq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox