Sarkisyan istefasının səbəbini açıqladı
Ermənisan Prezidenti Armen Sarkisyan istefa verib.
"Qafqazinfo” erməni KİV-lərinə istinadən xəbər verir ki, o istefasını onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib.
Sarkisyan qeyd edib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb, prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur.
"Mən şadam ki, Konstitusiya islahatları komissiyası yaradılıb və buna görə hökumətə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, sonda konstitusiya dəyişiklikləri baş verəcək və növbəti prezident və prezident institutu daha balanslı və koordinasiyalı mühitdə işləyə biləcək” - Sarkisyan bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox