Zelenski Şarl Mişellə Ukrayna ilə bağlı vəziyyəti müzakirə etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Qeyd olunub ki, söhbət zamanı əsas diqqət Ukrayna ətrafında vəziyyətin deeskalasiyası üçün beynəlxalq siyasi və diplomatik səylərin əlaqələndirilməsinə yönəldilib.
Bildirilib ki, həmsöhbətlər, həmçinin, Aİ tərəfindən potensial eskalasiyanı ehtiva edə biləcək qabaqlayıcı sanksiyalar paketinin hazırlanmasını müzakirə ediblər.
Liderlər, həmçinin 2022-ci il üçün Ukrayna və Avropa İttifaqı arasında gələcək dialoqa dair mövqeləri razılaşdırıblar.
Ukrayna Prezidentinin mətbuat xidmətinin bəyanatında bildirilib ki, yaxın vaxtlarda növbəti, 24-cü Ukrayna-Avropa İttifaqı sammitinin tarixi müəyyənləşəcək. Artıq bu ilin ortalarında Avropa Komissiyasının rəhbərliyinin, beynəlxalq tərəfdaşların iştirakı ilə Kiyevdə Avropanın enerji təhlükəsizliyi üçün riskləri birgə müzakirə etmək üçün enerji biznes forumu keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox