“ABŞ Rusiya ilə Ukrayna arasındakı gərginliyi artırır” - Kreml
Kremlin sözçüsü Dmitri Peskov ABŞ və NATO-nun Rusiya ilə Ukrayna arasında gərginliyi yalan məlumatlarla artırdığını bildirib.
"Gərginliyin ABŞ və NATO-nun məlumatları və konkret hərəkətləri ilə artdığına diqqət çəkmək istəyirik. Burada şahidi olduğumuz informasiya isterikasını nəzərdə tuturam. Bu isterika böyük yalan məlumatlarla çərçivələnib”, - Peskov deyib.
Peskov NATO-nun verdiyi açıqlamaların dostcasına olmadığını qeyd edib:
"Biz NATO-nun şərq cinahında hərbi qüvvələrini və maşınlarını artırmaqla bağlı bəyanatlarını eşidirik. Bütün bunlar gərginliyin artmasına səbəb olur. Bunlar Rusiyaya görə deyil, NATO və ABŞ-ın yaydıqları məlumatlara görə baş verir. Sərhədlərimizə yaxın bu cür hərəkətlər və NATO-nun fəaliyyətinin artması ölkəmizin təhlükəsizliyinə zərər verir və bu ordumuz tərəfindən gözardı edilə bilməz”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox