İran dövlət televiziyasına kiberhücum edildi
İranın dövlət televiziyasına kiberhücum edilib.
Belə ki, İran Radio və Televiziya Qurumunun (İRİB) 1-ci kanalında ekranda qəfildən Xalq Mücahidləri Təşkilatının (HMÖ) liderləri Məryəm və Məsud Recevinin şəkli peyda olub.
Ekranda bir neçə saniyə qalan görüntüdə "Receviyə salam” və "Xameneiyə ölüm” kimi şüarlar yer alıb.
Bundan başqa, "Kuran TV” və "Pəyam” və "Cevan” radiostansiyalarına da hücum edilib.
"Bir neçə dəqiqə əvvəl naməlum şəxslər və ya qruplar Radio və Televiziya Korporasiyasının bəzi kanallarına hücum edib", - İRİB-in açıqlamasında deyilir.
Qeyd edək ki, 1965-ci ildə İranda şah rejiminə qarşı ortaya çıxan "İslam sosialist” ideologiyasına malik Xalq Mücahidləri Təşkilatı 1979-cu il inqilabından sonra Tehran administrasiyası ilə yollarını ayırıb. Bu prosesdə İranda mülki və hərbi hədəflərə hücumlar həyata keçirən təşkilat ABŞ, Avropa İttifaqı (Aİ) və Kanada tərəfindən terror təşkilatı kimi tanınıb. Aİ 2009-cu ildə, ABŞ və Kanada isə 2012-ci ildə təşkilatı terrorçular siyahısından çıxarıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox