• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

“Məni niyə dəvət edirsən, xizək sürməyə?” - Zelenskidən Lavrova cavab

“Məni niyə dəvət edirsən, xizək sürməyə?” - Zelenskidən Lavrova cavab
28.01.2022 21:25
Ukrayna Prezidenti Vladimir Zelenski onu Rusiyaya dəvət edən xarici işlər naziri Sergey Lavrovun təklifinə cavab verib. 

"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenski Rusiya lideri Vladimir Putinlə heç bir formatda görüşməkdən qorxmadığını, lakin Soçidə niyə görüşməli olduğunu anlamadığını deyib:

"Görüşmək istəyirəm, heç bir formatdan qorxmuram, ikitərəfli... - fərqi yoxdur, hazıram. Məni niyə Soçiyə dəvət edirsən? Xizək sürməyə? Biz sadəcə nədən danışırıq? Ciddi şeylərdən. Yaxşı, onda Odessada görüşək, dənizdə üzək. Mən ciddi dialoqdan danışıram. Çox çağırışlarımız, çox sualımız var. Yaxşı, bütün sualları verməyək, biri olsun. Gəlin tutulan şəxsləri mübadilə edək”.

Xatırladaq ki, Lavrov "Əgər Zelenski Rusiya ilə münasibətlərin normallaşmasını müzakirə etmək istəyirsə, biz hazırıq, Moskvaya, Soçiyə və yaxud Sankt-Peterburqa gəlsin” deyə açıqlama vermişdi.
Ukrayna liderinin ofisinin rəhbəri Andriy Yermakın sözlərinə görə, Ukrayna tərəfi də ABŞ lideri Co Baydenin iştirakı ilə üçtərəfli danışıqlar aparmaq istəyir.

Bundan əlavə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya xarici işlər naziri Sergey Lavrovun razılığı əsasında amerikalı və rusiyalı həmkarları ilə üçtərəfli danışıqlara hazır olduğunu açıqlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Dünya 22:50
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Dünya 21:54
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Dünya 20:31
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol